Ermənistanda qoca qadının zorlanması faktı baş verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İcevan rayonunda qeydə alınıb.
Ermənistan polisinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 30-u gecə saat 03:00 radələrində 25 yaşlı Vazgen Ohanyan 69 yaşlı təqaüdçü Susanna Beknazaryanın evinə soxularaq onu zorlamağa cəhd edib. Qadın köməyə çağırmağa başlayıb.
Bu zaman Susanna Beknazaryanın nəvəsi özünü yetirib. Vazgen Ohanyan isə qaçaraq hadisə yerindən yayına bilib. Bundan bir gün sonra Vazgen Ohanyan tutularaq polis şöbəsinə gətirilib. Faktla bağlı araşdırma aparılır.