Ermənistanda keçmiş nazirin ölkədən çıxışına icazə verilməyib

DÜNYA
20:45 08.08.2024
135
Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın ölkədən çıxışına icazə verilməyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, oğlu ilə birlikdə ABŞ-yə getmək istəyən eks-nazir hava limanından geri qaytarılıb. Buna səbəb kimi məhkəmənin onun Ermənistanı tərk etməsinə qoyduğu qadağa göstərilib.

Qeyd edək ki, fevralın 14-də işdən çıxarılan V. Kerobyan dövlət tenderinin keçirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
OXŞAR XƏBƏRLƏR