Ermənistanın Aİ-yə üzv olma prosesinin başlanması haqqında layihə parlamentin gündəliyinə daxil edilib

Ermənistanın Aİ-yə üzv olma prosesinin başlanması haqqında layihə parlamentin gündəliyinə daxil edilib
SİYASƏT
11:17 24.03.2025
451
Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.

"Report” xəbər verir ki, bu barədə "Sputnik-Armeniya” məlumat yayıb.

Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi haqqında qərar səs çoxluğu ilə qəbul olunub.

"Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək", - Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın sədri Arman Yeqoyan müzakirələr zamanı bildirib.

Qeyd edək ki, 2025-ci il fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
OXŞAR XƏBƏRLƏR