Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib

Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib
KRİMİNAL
20:44 16.10.2025
121
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 16-da davam etdirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə söz alan təqsirləndirilən şəxs Davit İşxanyan daşınan və daşınmaz əmlaka, mədəni dəyərlərə dəymiş zərərlə bağlı sənədlərin oxunmasının qısaldılmasını və qondarma rejimin "ordusunun qərargah rəisi" Kamo Vardanyanın imzaladığı sənədin surətinin onlara da təqdim olunması ilə bağlı vəsatətlə çıxış edib.

İclasa sədrlik edən Zeynal Ağayev hazırda sənədlərin tədqiqinin aparıldığını, eyni zamanda, həmin sənədin surətinin təqsirləndirilən şəxslərə verilən planşetlərdə olduğunu, həmçinin sənədlərin çap olunmuş variantlarının təqsirləndirilən şəxslərin vəkillərinə təqdim ediləcəyini deyib.

Sonra elan edilib ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın əvvəlki məhkəmə iclasındakı xahişinə əsasən, zərərçəkmiş şəxs İlham Məmmədov yenidən məhkəməyə çağırılıb.

İ.Məmmədov ona təqsirləndirilən şəxslər tərəfindən ünvanlanmış sualları cavablandırıb.

L.Mnatsakanyanla yanaşı, David Babayanın, David Manukyanın da suallarını cavablandıran İ.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülərkən ona verilən işgəncələr barədə bu il oktyabrın 2-də keçirilmiş məhkəmə iclasında ətraflı danışıb.

Qeyd edib ki, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman yolu azıb və Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, işgəncəyə məruz qalıb. "Orada otaqda saxlanıldım, başqa zabitlər də var idi, sorğu-sual olunurdum", - deyə o əlavə edib.

Əlillik dərəcəsinin nə zaman və hansı əsaslarla əlaqədar verilməsi barədə sualı cavablandıran zərərçəkmiş şəxs bildirib ki, əsirlikdə olarkən işgəncələrə məruz qalıb və xəsarət alıb. Əlillik dərəcəsi də bu səbəbdən verilib.

Əsirlikdə olarkən ona xarici ölkəyə getməklə bağlı təklifin olunub-olunmaması və olunubsa kim tərəfindən edilməsi ilə bağlı suala cavabında İ.Məmmədov qeyd edib ki, bu barədə təklif olunsa da, o, buna razılıq verməyib. Təklifi edən şəxsi də tanımır.

Sonra L.Mnatsakanyan növbəti məhkəmə iclasında həmin vaxt orada baş verənlər barədə ətraflı danışacağını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayev diqqətə çatdırıb ki, L.Mnatsakanyan bir tərəfdən İ.Məmmədovu görmədiyini deyir. Digər tərəfdən də bu barədə ətraflı danışacağını söyləyir. Əgər İ.Məmmədovu tanımırsa, o zaman haradan bilir ki, həmin vaxt orada nə baş verib?

L.Mnatsakanyan isə qeyd edib ki, o, İ.Məmmədovu tanımır, həmin vaxt orada baş verən hadisələrlə bağlı isə danışacaq.

Sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

İclasda əvvəlcə iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan edilib.

Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı - əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.

Həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərin işğal edilməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin torpaqlarda yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub.

İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatlarından qanunsuz istifadə edilib.

Sənədlərdə göstərilib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə, heç bir ekoloji qaydaya əməl olunmadan istismar edilməklə elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkilərə məruz qalıb.

Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində əhalinin kənd təsərrüfatı ilə məşğul olması mümkün olmayıb, bu səbəbdən həm əhali, həm də dövlət böyük məbləğdə iqtisadi itkilərlə üzləşib.

"Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər" başlıqlı sənəddə qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin işğalı zamanı işğal olunmuş torpaqlarda yüzminlərlə mina basdırılıb, geniş ərazilər partlamamış hərbi sursatlarla çirkləndirilib. Bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər ərazilərinə tam reinteqrasiyasını təmin etmək üçün uzun zaman və irihəcmli maliyyə vəsaiti tələb olunur.

Ətraf mühitə vurulmuş zərərlə bağlı sənəddə bildirilib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində meşələr, qoruqlar, qədim ağaclar məhv edilib, Azərbaycanın fauna və florasına, su hövzələrinə böyük zərər vurulub.

Sonra cinayətkar dəstələr barədə sənədlər tədqiq edilib. Materiallarda göstərilir ki, cinayətkar dəstə olan "Yerkrapa" ("Könüllülər") 1990-cı illərdə yaradılıb və Ermənistanın ilk qanunsuz silahlı dəstələrindən biridir. Həmin dəstə 1993-cü ildə Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan tərəfindən yaradılıb. Bu dəstə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması zamanı döyüşlərdə fəal iştirak edib.

Bundan başqa, məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etmiş "Xaçlılar", "Malatiya könüllü", "Muş", "Arabo", "Sasna Tsrer", "Sasuntsi Davit", "Müstəqillik ordusunun könüllü milis hərbi-siyasi birliyi" və digər cinayətkar dəstələr barədə məlumatlar açıqlanıb.

Məhkəmə iclasında bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkələrdə yer alan informasiyalar əsasında sənədlər də tədqiq olunub. Eyni zamanda, tədqiq olunan sənədlərə aid fotolar nümayiş etdirilib.

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci vitse-prezident bazilikadakı bərpa işləri ilə tanış oldu - FOTOLAR
23:20 16.10.2025
Birinci vitse-prezident bazilikadakı bərpa işləri ilə tanış oldu - FOTOLAR
Pakistanın baş naziri Əfqanıstanla danışıqların aparılması üçün şərtini açıqladı
23:08 16.10.2025
Pakistanın baş naziri Əfqanıstanla danışıqların aparılması üçün şərtini açıqladı
Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb - FOTOLAR
22:52 16.10.2025
Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb - FOTOLAR
Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR
22:47 16.10.2025
Mehriban Əliyeva, qızları və gəlini Vatikanda açılışa qatıldı - FOTOLAR
Ağ Ev: Tramp Putinin və Zelenskinin görüşünü mümkün hesab edir
22:34 16.10.2025
Ağ Ev: Tramp Putinin və Zelenskinin görüşünü mümkün hesab edir
İsrailin XİN başçısı: HAMAS 19 girovun cəsədini qaytarmır
22:30 16.10.2025
İsrailin XİN başçısı: HAMAS 19 girovun cəsədini qaytarmır
Azərbaycan üzgüçülük millisinə yeni baş məşqçi təyin olundu
22:12 16.10.2025
Azərbaycan üzgüçülük millisinə yeni baş məşqçi təyin olundu
Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO
22:01 16.10.2025
Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO
Mərkəzi Hərbi Sanatoriyanın rəisinin həbsi ilə bağlı MN-dən açıqlama
21:58 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisinin həbsi ilə bağlı MN-dən açıqlama
Upamekano uğrunda “El Klasiko”
21:44 16.10.2025
Upamekano uğrunda “El Klasiko”
Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
21:40 16.10.2025
Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
Aktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama
21:28 16.10.2025
Aktiv buraxılış kartları ilə bağlı rəsmi açıqlama
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
21:24 16.10.2025
Almaniya XİN başçısı Türkiyəyə səfər edəcək
Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
21:13 16.10.2025
Tovuzda 29 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
Samir Şərifov ICAPP Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
20:52 16.10.2025
Samir Şərifov ICAPP Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib
20:44 16.10.2025
Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı sənədlər məhkəmədə tədqiq edilib