Çernobıldan sonra ən böyük fəlakət: Ukrayna şəhərləri su altında qalıb - FOTOLAR

ÖZƏL
15:48 09.06.2023
1415
Xəbər verdiyimiz kimi, Ukraynanın Xerson vilayətində Rusiya qüvvələrinin nəzarətində olan Nova Kaxovka bəndi hücum nəticəsində dağılıb, bir çox yaşayış məntəqəsi isə sel suları altında qalıb.

AZXEBER.COM Türkiyə mediasına istinadə xəbər verir ki, Avropada Çernobıldan sonra ən böyük texnogen fəlakət adlandırılan partlayışdan sonra dünyanın gözü Ukraynaya çevrilib. Bəndin partlaması nəticəsində baş verən daşqınlar nəticəsində ən azı 5 nəfərin öldüyü açıqlanıb.

Anbarın dağılması böyük humanitar fəlakətə səbəb olarkən Türkiyə Prezidenti Ərdoğan yeni təklifi ilə vasitəçi rolunu öz üzərinə götürüb. O, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və partlayışla bağlı hərtərəfli araşdırmanın aparılmasının vacib olduğunu bildirib.

Ukrayna hücumun Rusiya qüvvələri tərəfindən həyata keçirildiyini bildirsə də, Rusiya bu iddianı təkzib edib. Kremlin sözçüsü Peskov Rusiyanın nəzarətində olan Xerson vilayətində Nova Kaxovka bəndinin dağılmasını Ukraynanın qəsdən törətdiyi təxribat olduğunu bildirib.

Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial media hesabından verdiyi açıqlamada seldən zərərçəkən Xerson bölgəsindəki son vəziyyəti dəyərləndirib. Suyun səviyyəsində azalma tendensiyası müşahidə olunduğunu bildirən Prokudin məlumatı paylaşaraq, "Gecə saatlarında suyun 20 santimetr aşağı düşdüyünü gördük. Səhər saatlarında bölgədə suyun səviyyəsi 5.38 metrdir. Xerson şəhərində isə 5.35 metr səviyyəsindədir”.

Prokudin bildirib ki, bölgədəki 32 yaşayış məntəqəsində 3 min 624 ev su altında qalıb, 2 min 352 nəfər və 550 heyvan təxliyə edilib.

Mikayıl
 










OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb