“Əsgər atası”nın rejissoru vəfat etdi

MƏDƏNİYYƏT
10:30 04.05.2015
1988

Onun 88 yaşı vardı.

88 yaşlı gürcü kinorejissor Rezo Çxeidze vəfat edib. Bu barədə “Rustavi-2” kanalı xəbər verib.AZXEBER.COM-un məlumatına görə, telekanal bildirib ki, rejissor ciddi xəstəlik nəticəsində dünyasını dəyişib.

Rezo Çxeidze məşhur yazıçı Devid Çxeidzenin oğludur. Çxeidze “Bizim həyət”, “Tsxneteli Maya”, “Əsgər atası”, “Don Kixot və Sançonun həyatı” və digər filmləri çəkib.

Çxeidze Gürcüstan SSRİ-nin xalq artisti (1966) və SSRİ-nin xalq artisti adını (1980) alıb. Rejissor həmçinin Lenin mükafatı laureatı olub, lakin 1991-ci ildə Çxeidze ondan imtina etmişdi.

OXŞAR XƏBƏRLƏR