Elxanın bu əməlinə hüquqi qiymət isə istintaqın sonunda veriləcək.
Əyalətdən Bakıya gələn əsgər yoldaşını evində himayə edən 21 yaşlı Əliyev Elxan Ağalar oğlu bu yaxşılığına görə əməlli başlı peşman olub. Bir neçə ay dostu Əsədov Tamerlan Elşad oğlunun qulluğunda duran Elxan ona gözün üstdə qaşın var belə deməyib.
ANS PRESS-in məlumatına görə, müddət ötdükcə dostların isti münasibətinin arasından soyuq küləklər əsib. Elxanın sözlərinə görə, Tamerlanın əli çörəyə çatdıqdan sonra ona qarşı münasibəti dəyişib. Elxanı özündən çıxaran isə Tamerlanın onun ünvanına nalayiq ifadələri işlətməsi olub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Tamerlan həkimlərin səyi nəticəsində sağ qalıb. Faktı isə Nizami polisi araşdırır.
Nizami RPİ-nin müstəntiqi, Mübariz Cəfərov: “Münaqişə zəminin qarın və bud nahiyəsinə bir neçə zərbə vurub”.
Hazırda cinayət işinin istintaqı davam edir. Elxanın bu əməlinə hüquqi qiymət isə istintaqın sonunda veriləcək.