06:41 Cümə Axşamı, 17 Oktyabr 2019
SİYASƏT

Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…

16:10, 17.12.20189402
Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…
Hazırda Milli Məclisdə təmsil olunan və hər biri onminlərlə seçicinin hüquqlarını qoruyan deputatların fəaliyyəti cəmiyyətdə daim maraqla qarşılanır. 

AZXEBER.COM hazırda Milli Məclisdə təmsil olunan bəzi deputatların ilk iş yerləri ilə bağlı bir araşdırma aparıb.

Milli Məclisin deputatı Əsabil Qasımov artıq ikinci çağırışdır 79 saylı İmişli seçki dairəsini parlamentdə təmsil edir. 63 yaşlı Ə.Qasımov uzun müddət biznes fəaliyyəti ilə məşğul olub. 
 

 


Ölkəmizin ən böyük şirkətlərdən olan - "Karat Holdinq”ə rəhbərlik edib. Bu şirkətlər qrupunun tərkibinə "Karmen” brendi altında un və makaron məmulatlarının istehsalı, tikinti şirkəti və digər müəssisələr daxil olub. Moskva Yeyinti Sənaye İnstitutunu bitirən Ə.Qasımov əmək fəaliyyətinə ət kombinatında başlayıb.

Milli Məclisin deputatı Azər Badamov da artıq ikinci çağırışdır 51 saylı Qusar seçki dairəsini parlamentdə təmsil edir. 50 yaşlı A.Badamovun son iş yeri Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsi olub.
 

 


Deputat olana qədər yalnız Qusar rayonunda fəaliyyət göstərən millət vəkili Bakıya köçüşünü də məhz mandat alandan sonra reallaşdıra bilib. Azərbaycan Texnologiya İnstitutunu bitirən A.Badamov qısa müddət sahibkarlıq fəaliyyəti ilə də məşğul olub. Deputat əmək fəaliyyətinə "Azərittifaq”ın tikinti briqadasında fəhlə kimi başlayıb.

Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsini parlamentdə təmsil edir. 61 yaşlı A.Vəliyev cəmiyyətdə daha çox "tikinti maqnatı” kimi tanınır.
 

 


1986-cı Dəmir Beton zavodunun, 1991-ci ildən Körpü tikinti kombinatının, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti” trestinin rəisi işləyən deputat ölkəmizin ən böyük tikinti şirkətlərindən olan - "Azəraqrartikinti”yə rəhbərlik edir. A.Vəliyev əmək fəaliyyətinə Yevlax dəmir beton məmulatları zavodunda fəhlə kimi başlayıb. 

Milli Məclisin deputatı Eldəniz Səlimov 55 saylı Xaçmaz şəhər seçki dairəsini parlamentdə təmsil edir. 42 yaşlı E.Səlimovun parlamentdə hər hansı aktivliyi müşahidə olunmur.
 

 


Deputat mandatı qazanana qədər Xaçmaz Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələr tutan E.Səlimovu çoxları Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Babayevin kadrı kimi tanıyır. Onun deputat seçilməsində də bu amilin rolu olduğu iddia olunur. Deputat indiki adı icra nümayəndəsi olan – kənd sovetliyinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, hazırda parlamentdə 119 deputat təmsil olunur ki, onların arasında vaxtilə müxtəlif peşələrdə çalışan parlamentarilər var. Misal üçün Qənirə Paşayeva, Sahib Alıyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Elmira Axundova, Aqil Abbas jurnalist, Mahir Aslanov, Xanlar Fətiyev, Cavanşir Feyziyev biznesmen, Ziyad Səmədzadə, Kamran Nəbizadə, Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı iqtisadçı, Zahid Oruc, Elman Nəsirov, Fəzail Ağamalı, Sabir Hacıyev siyasətçi kimi çalışıblar.

// Azər Niftiyev, AZXEBER.COM
XƏBƏR LENTİ