Ətdən çanta! FOTO

MARAQLI
12:42 09.10.2013
1553

Şer: "Əvvəlcə doğrudan da ətdən olduğuna inanmadım..."

MTV-nin 2010-cu ildə düzənlədiyi mükafatlandırma mərasiminə ətdən hazırlanmış libasla səhnəyə çıxan amerikalı müğənni Ledi Gaga indi də ət pul çantası ilə diqqətləri üzərinə çəkib. 

AZXEBER.COM-un Haberturk-ə istinadən verdiyi məlumata görə, müğənni Şer həmkarının ətdən hazırlanmış çantasınının bir müddət əlində saxlamasından danışıb: "Çantasını mənə uzadaraq dedi ki, ətdən çantamı bir az saxlaya bilərsən? Əvvəlcə doğrudan da ətdən olduğuna inanmadım, amma əlimə götürüncə inandım". Rahibə geyimi ilə səhnəyə, alt paltarında küçəyə çıxan, ətdən geyindiyi paltarına görə dəfələrlə heyvan dərnəkləri tərəfindən tənqidə məruz qalan 27 yaşlı Qaqa, deyəsən bu yolla diqqət mərkəzində olmağı sevir.

OXŞAR XƏBƏRLƏR