"Eurovision-2012" təmsilçisi Avro-2012-də

İDMAN
18:18 12.06.2012
1833
İtaliyanın 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Nina Zilli futbol üzrə Avropa Çempionatında xüsusi qonaq qismində çıxış edəcək. Müğənni İtaliya milli yığmasına dəstək məqsədilə iyunun 15-də Krakovda olacaq. O, İtaliya nümayəndə heyətinin mənzil qərargahı olan "Blue House"da konsert verəcək. Konsert iyunun 16-da yerli vaxtla saat 21.00-da İtaliya radiosunda yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR