“Eurovision-2012”-yə qarşı məsciddə plan hazırlayanlara hökm oxunub

“Eurovision-2012”-yə qarşı məsciddə plan hazırlayanlara hökm oxunub
KRİMİNAL
14:59 09.12.2013
1764
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov və digərlərinin məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyev 10 il, Elvin Nəzərov 9 il, Ceyhun Səfərli 9 il, Qorxmaz Camalov 7 il, Samir Hüseynov 7 il, Emin Tofiqi 7 il, Temirxan Hüseynov 7 il, Əli Əliyev 4 il, Səfər Məmmədov 3 il 4 ay, Valeh Abdullayev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin aprel-may aylarında Bakıda və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq dini ədəbiyyatları əldə edərək təhrif olunmuş formada ictimai yerlərdə yaymağa başlayıblar.
Onlar həmin il mayın 18-də Bakı şəhərində yerləşən “Dadaş” məscidində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etirazla bağlı plan da hazırlayıblar.
OXŞAR XƏBƏRLƏR