'Eurovision 2013'ün lesbi iştirakçısı danışdı: Səhnədə qızla öpüşəcəm - VİDEO

MAQAZİN
15:15 08.05.2013
4484
“Eurovision-2013” mahnı müsabiqəsində Finlandiyanı təmsil edəcək Krista Sieqfrids yarışmanın final mərhələsində sözün əsl mənasında performans göstərəcəyini bəyan edib. ANS PRESS-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 27 yaşlı müğənni final mərhələsinə keçərsə eynicinsli nikahları dəstəkləmək məqsədilə səhnədə bir qadın vokalçı ilə dodaq-dodağa öpüşəcək."Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına görə iştirakçılar səhnədə siyasi mesajlar verə bilməzlər. Ancaq Finlandiya təmsilçisi Krista Siegfrids bu qadağanı keçməkdə qərarlıdır. O, ölkəsində eynicinsli nikahlara icazə verilməməsini "Eurovision"da protest etmək qərarındadır.Müğənni, "Bu hərəkətim homofobik (eynicinslərə qarşı nifrət) insanları əsəbləşdirə bilər. Amma final performansımda daha bir sürpriz planlayıram. Yarışma canlı olduğundan kimsə məni durdura bilməyəcək", deyib. Kristanın bu addımı ilə İngiltərədəki eynicinsli dərnəklərin səslərini qazanmağı hədəfləyir.Krista Amsterdamda keçirilən konsert hazırlığı zamanı “Marry Me” mahnısını ifa edərkən artıq bu ideyasını gerçəkləşdirib. Səhnədə qadınla öpüşən müğənni bu yolla eynicinsli nikahlara qarşı çıxanlara etirazını bildirdiyini söyləyib.Qeyd edək ki, Finlandiya "Eurovision 2013" mahnı yarışmasının 16 mayda keçiriləcək II yarımfinalında "5" nömrə altında çıxış edəcək. Təmsilçi tələb olunan balı yığarsa 18 mayda baş tutacaq final gecəsində səhnəyə çıxacaq.Krista Sieqfridsin "Eurovision 2013"də təqdim edəcəyi "Marry Me" (Evlən mənimlə) adlı mahnısında oğlanın ona evlənmə təklifi etməsi üçün hər şey edə biləcək bir qadının hisslərindən danışılır. Amma iki qadının öpüşməsi ilə mahnının məramının dəyişilir.

OXŞAR XƏBƏRLƏR