"Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə bu gündən münsiflər heyəti dinləmələrə başlayıb. Dinləmələrdə hər bir iştirakçı 2 mahnı ifa etməklə səs və səhnə imkanlarını nümayiş etdirəcək. Dinləmələrdən keçən namizədlər milli seçim turunun əsas mərhələsində İctimai Televiziyanın canlı efirində yarışacaq.