Bu il İsveçin paytaxtı Stockholm şəhərində keçiriləcək "Eurovision" mahnı müsabiqəsi təxirə salına bilər.
18 aprel tarixində İsveçin rəsmi yayım qurumunun (STV) işçilərinin tətil edəcəyi açıqlanıb.
Tətildə 800 nəfər STV əməkdaşının iştirak edəcəyi, "Eurovision" komandasına daxil olan 50 işçinin isə tətil səbəbindən müsabiqədən imtina edəcəyi bildirilib.
"Eurovision" təşkilat komitəsi aksiyanı may ayından əvvəl bitirmək niyyətindədir.
Qeyd edək ki, 1977-ci ildə Londonda təşkil edilən "Eurovision" mahnı müsabiqəsində BBC əməkdaşları tətil etmiş, müsabiqə 1 ay sonraya təxirə salınmışdı.
///qafqazinfoya