"Eurovision" müsabiqəsinin tarixində görülməmiş hadisə. Almaniyada "Eurovision" müsabiqəsində iştirak üçün seçim mərhələsi zamanı gözlənilməz hadisə baş verib.Belə ki, ölkəni müsabiqədə təmsil etmək üçün Andreas Kümmert seçilib.28 yaşlı müğənni bundan bir il öncə "Voice of Germany" (Almaniyanın səsi" müsabiqəsinin qalibi olub. Hannover şəhərində "Eurovision" seçimlərində "Home Is in My Hands" mahnısı ilə finala çıxı və birinci elan edilib.Lakin Kümmert gözlənilmədən bundan imtina edib. O, "bun öhdəsindən gələ biləcəyimə inanmıram" deyərək yarışmada iştirakdan imtina edib. Onun qərarı təşkilatçıları belə heyrətləndirib. "Ağzımız açıq qaldıq. Yarışmaya qatılmaq elə Andreasın fikri idi".Bundan sonra ikinci seçilən Ann Sofiyə almaniyanı təmsil etmək haqqı verilib. 24 yaşlı qız isə həmkarını cəsur addımı alqışlayıb. "Andreas qəlbini dinləyib qərar verdi. Çox cəsur bir addımdır".Xatırladaq ki, "Eurovision 2015" 19-23 mayda Avstryanın paytaxtı Vyanada keçiriləcək.