AZXEBER.COM-un məlumatına görə, mötəbər müsabiqə qalibi Eldar öz rəsmi “Facebook” səhifəsində maraqlı və diqqətçəkən bir elan yerləşdirib. Artıq bir çoxlarının maraq dairəsinə çevrilən bu elan “Hər şey çox gözəl olacaq!!GÖZLƏYİRƏM!!! Eldar istedadlar axtarır!!!” cümlələri ilə başlayır.Yazılan elandan belə anlaşılır ki, böyük qalibiyyətlə çoxlarının ürəyini fəth edən Eldar Qasımov yeni istedadların üzə çıxarılmasında iştirak edəcək: “Əgər sən oxumağı sevirsənsə və ömrün boyu böyük səhnəni və sadiq pərəstişkarları arzulayırdınsa, onda sənin yerin məhz bizimlədi! Bunun üçün sadəcə öz ifan ilə olan video və ya audionu bu emailə göndər: [email protected]/* */ və bəlkə də çox yaxın zamanda məhz sənin ulduzun ən parlaq işıq saçacaq!!!”Qeyd olunan ünvana göndərilən məktubda ad, soyad, ata adı, yaş, məşğuliyyət, telefon nömrəsi və yaşayış yerini yazmağı unutma və Eldarın zəngini gözlə!