Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
SOSİAL
20:15 07.02.2026
910
Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

/APA
OXŞAR XƏBƏRLƏR