Evə it gətirdilər, çaqqal çıxdı

Evə it gətirdilər, çaqqal çıxdı
DÜNYA
15:15 12.05.2022
532
ABŞ-da qəribə hadisə yaşanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatında it zənn etdikləri heyvanı evə gətirən ailə heyvanın əslində it deyil, çaqqal olduğunu öyrənincə böyük qorxu yaşayıb. 

ABŞ-ın Massaçusets ştatında yaşayan ailə yol boyu gedərkən kənarda titrəyən bir heyvan görüb. Dərhal maşından düşən ailə it zənn etdikləri heyvanı özləri ilə aparıb və evlərinə apararaq evlərində saxlamağı düşünüblər. 

Ailənin sosial şəbəkədə heyvanla bağlı paylaşımından sonra şok həqiqət üzə çıxıb. Bir çox sosial şəbəkə istifadəçisi bunun it deyil, çaqqal olduğunu bildirib.

Ailənin sosial mediada paylaşmasından qısa müddət sonra Massaçusetsdəki Cape Vəhşi Təbiət Mərkəzi də mövzu ilə bağlı açıqlama yayıb.
 
Mərkəz bildirib ki, onların müəssisəsindən bir balaca çaqqal qaçıb və hər yerdə axtarılır. Kiçik olmasına baxmayaraq, çaqqaldan qorxan və ona yaxınlaşa bilməyən ailə üzvləri heyvanı Cape Vəhşi Təbiət Mərkəzinə qaytarıblar.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR