Evli kişinin hamamda yad qadınla meyiti tapıldı - FOTOLAR

Evli kişinin hamamda yad qadınla meyiti tapıldı -  FOTOLAR
KRİMİNAL
13:46 12.02.2016
22222

Mərhumun iki azyaşlı övladı qalıb

Qusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub.
Bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma, hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb.
Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyidlərini görərərk dərhal polisə xəbər verib. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb.
Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilir.
ANS-in çəkiliş qrupunun hadisə yerində olarkən mərhumun qohumları çəkilişə icazə verməsələr də bildiriblər ki, onlar dəm qazından boğulublar.
Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə, onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz qaz olsaydı elə ola bilməzdi".
Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra aydın olacağını deyib.
Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb. 
ANS
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"