22:08 şənbə, 17 Avqust 2019
SOSİAL

Evrika liseyində "Beynəlxalq Gün" adlı tədbir keçirildi - FOTOLAR

19:59, 16.05.20194361
Evrika liseyində
Evrika liseyində 14 ölkənin səfir və nümayəndələrinin iştiraki ilə "Beynəlxalq Gün" adlı tədbir keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya, İngiltərə, Yunanıstan, Bolqarıstan, Almaniya, Qazaxstan, İspaniya, İtaliya, Hindistan, Fransa, Cənubi Afrika ölkələrinin mədəniyyətləri, milli geyimləri, atributları və milli yeməkləri qonaqlara nümayiş etdirilib.

Liseyin direktoru Ofeliya Muradova bildirib ki, bu tədbiri keçirtməkdə əsas məqsəd Azərbaycanın multikultural bir dövlət olduğunu bir daha sübüt etməkdir. Bu tədbirin Beynəlxalq Ailə Günü ilə üst-üstə düşməsi  təsadüfi deyil.
 
Tədbiri keçirməkdə məqsəd liseydə təhsil alan səkkiz müxtəlif millətin nümayəndələrindən olan şagirdlərimizin bizimlə birlikdə böyük bir ailənin üzvləri olduğumuzu sübut etmək idi. Həmin şagirdlərin yerli şagirdlərlə əl-ələ verib öz ölkələrinin rəqslərini nümayiş etdirməsi olduqca sevindirici hal idi. 

Artıq 6 ildir fəaliyyət göstərən Evrika liseyində Azərbaycan, rus, ingilis, fransız və alman dilləri şagirdlərə mükəmməl tədris olunur. Qeyd edək ki, ölkələri öz dilllərində məhz liseyin şagirdləri təmsil ediblər. Bütün ölkələrin musiqi və rəqslərindən ibarət  tədbir qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ