Eynşteynin Atatürkə yazdığı məktub ortaya çıxıb

MARAQLI
22:00 10.03.2011
2159
Müəllifin dediyinə görə, həmin olayın sənədli sübutları var.

Berlin Universitetində dərs dediyi zaman Albert Eynşteyn nasistlərin hakimiyyətinin sərtləşdiyini anlayır və Almaniyanı tərk edərək Fransaya, Parisə yollanır.
Daha sonra, yəni 1933-cü ilin sentyabrın 17-də o, Almaniyada qalmış yəhudi professorların həyatını xilas etmək üçün Türkiyə hökumətinə məktub yollayıb.

Həmin dönəmdə Türkiyənin baş naziri İsmət İnönü də Eynşteynin məktubunu qulaqardına vuraraq, onu "müzakirə və təhlil" üçün təhsil naziri Rəşid Qalibə ötürüb.
Sonda da qərara alınıb ki, Türkiyə Almaniyanı tərk etmək istəyən yəhudi professorlara sığınacaq verə bilməz. İnönünün Eynşteynə 1933-cü ilin noyabrın 14-də yolladığı məktubda da bu rədd cavabı xüsusilə vurğulanmışdı.

Lakin Mustafa Kamal Atatürk işə qarışmış, Almaniyanı tərk edən bir neçə yəhudi alim, o cümlədən Alfred Kantoroviç İstanbulda sığınacaq tapmışdı.
Səbəb isə İnönüdən rədd cavabı alan Eynşteynin sonradan Mustafa Kamal Atatürkə məktub yazması idi.

OXŞAR XƏBƏRLƏR