"Fab" boyaları bulvarda açıq hava sərgisi keçirdi - FOTOLAR

"Fab" boyaları bulvarda açıq hava sərgisi keçirdi - FOTOLAR
İQTİSADİYYAT
15:51 20.03.2018
4768
Heydər Əliyev Fondunun "Regional İnkişaf " İçtimai Birliyi (RİİB), Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Fab" Boya və Kimya Sənayesi MMC və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə "Rənglərin bahar təravəti” adlı dekorativ tətbiqi sənət əsərlərinin açıq hava sərgisi təşkil olunub.
 
Dənizkənarı Milli Parkda təşkil olunan sərgidə altmışdan cox rəssamın əsərləri nümayiş olunub. 

Qeyd edək ki, əl işləri xüsusi hazırlanmış (70 sm x 50 sm ölçüdə)  yumurta maketlərinin  üzərinə çəkilib. Sərginin məqsədi milli adət-ənənələrimizi unutmamaq, onları sevdirmək və təbliğ etməkdir. 

Sərgi martın 21-nə kimi davam edəcək.

"Fab Boya və Kimya Sənayesi MMC”nin təsisçisi Anar Əliyev müsahibəsində sərgi haqda danışıb:

"Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi xüsusi qayğının nəticəsidir ki, bu gün biz sahibkarlar da sosial məsuliyyətimizi dərk edərək belə tədbirlərə təşkilatçılıq edirik.

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunub. Novruzun ən sevilən simvollarından biri də boyanmış yumurtalardır. Yumurtaların boyanmasında milli naxışlarımızdan istifadə edildikdə, adətən onların hər biri sənət əsərinə çevrilir. Bu gün 60-dan çox  rəssamin iştirak etdiyi bu sərgi gözəlliyi və qeyri-adiliyi ilə şəhərimizin sakinləri və gələn qonaqların marağına səbəb olub.

"Fab" boyalarında müsabiqələrin təşkili artıq ənənə halını alıb. Təhsilin, incəsənətin, ədəbiyyatın inkişafına, gənclərdə bu sahələrə marağın artmasına xidmət edən belə layihələri ənənəvi şəkildə bundan sonra da davam etdirəcəyik".
 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq