Fabio Kannavaro İtaliya millisinin baş məşqçisi ola bilər

Fabio Kannavaro İtaliya millisinin baş məşqçisi ola bilər
İDMAN
13:56 25.03.2022
249
Əfsanəvi futbolçu Fabio Kannavaro İtaliya millisinin baş məşqçisi ola bilər.

49 yaşlı mütəxəssis bu postda Roberto Mançininin yerinə namizəddir.

Federasiya rəhbərliyi Marçello Lippinin də namizədliyini nəzərdə keçirir.

İtaliya seçməsi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq ardıcıl ikinci dəfə mundialda iştirakdan məhrum olub.

Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə yığma ilə dünya çempionu olub. Keçmiş müdafiəçi son olaraq 2019-cu ildə Çin millisinə rəhbərlik edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR