İngiltərədə fabrikdə işləyən 54 yaşlı işçi fabrikin sobasında sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Çester şəhərindəki fabrikdə işləyən şəxs sobanın içərisində sıxışıb.
O qapı bağlandıqdan sonra işləyən sobanın içində dəhşətli şəkildə ölüb.
Onun içəridə olduğundan xəbərsiz digər işçi ocağı işə salıb. 54 yaşlı kişinin cansız bədəni ocaqdan çıxarılıb.
Onun həyat yoldaşı ərinin ölümündə fabriki günahlandırıb.
Şəbnəm