'Facebook' bağlanır

DÜNYA
11:12 17.01.2013
3702
Tacikistanın rabitə xidməti internet-provayderlərindən "Facebook" sosial şəbəkəsinə girişi bağlamağı tələb edib.AZXEBER.COM-un yerli provayderlərə istinadən verdiyi məlumata görə, qadağan olunmuş saytlar sırasına Azadlıq Radiosunun tacik xidməti də daxildir.Qeyd edək ki, bu ölkədə "Facebook"a giriş keçən il noyabrın 26-dan dekabrın 7-ə kimi bağlı olmuşdu. Amma bundan sonra bəzi provayderlər bu sosial şəbəkəyə girişi açıq saxlamışdılar, çünki ölkə rəhbərliyindən yazılı göstəriş almamışdılar.

OXŞAR XƏBƏRLƏR