Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook xəbər lentinin (newsfeed) yeni formatını buraxır.
AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Mark Zukerberq martın 7-də keçirdiyi mətbuat konfransında məlumat verib.“Biz hər istifadəçiyə ən yaxşı özününküləşdirilmiş qəzeti təqdim etmək istəyirik. Və bu qəzet ən müxtəlif məzmunlu məlumatları özündə birləşdirməlidir”, - deyə Zukerberq bildirib.
O izah edib ki, xəbər lentinin yenilənməsinin zəruriliyi istifadəçilərin dəyişmiş tələblərindən irəli gəlir. Belə ki, 2013-cü ilin yanvarında istifadəçilərin lentlərində olan xəbərlərin 50%-ni şəkillər təşkil edib, 2011-ci ilin noyabrında isə bu göstərici 25% təşkil edirdi.
Yeni xəbər lenti istifadəçilərə məzmunundan asılı olaraq xəbərləri süzgəcdən keçirməyə imkan verəcək. Bundan əlavə yeni lentdə vizual elementlərin də böyüdüləcəyi bildirilib.Lentin yeni formatı veb-versiyanın istifadəçiləri üçün artıq martın 7-dən istifadəyə verilib. Mobil versiyanın dizaynı isə bir neçə həftədən sonra hazır olacaq.