03:32 çərşənbə, 24 Oktyabr 2018
MARAQLI

"Facebook" "trollar"ı blokladı: Səhifələri bağlandı

18:03, 04.04.20189195

"Facebook” administrasiyası "trol fabriki” kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyinin sosial şəbəkədə olan 280, eləcə də "Instagram”dakı 65 səhifəsini silib.

 

Bu barədə "Facebook”un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib. "Akkauntların həqiqiliyi əhəmiyyətlidir. İnternet Tədqiqatları Agentliyinə "Facebook”da yer yoxdur”, - deyə o, söyləyib.  

 

 

Mark Zukerberq isə bu qərarı bütün dünya üzrə şəffaf seçkilərin müdafiəsi üçün vacib addım adlandırıb: "Bu Rusiya agentliyi müntəzəm olaraq aldatma metodları ilə hərəkət edərək ABŞ, Avropa və Rusiyadakı insanlarla manipulyasiya etməyə cəhd göstərirdi”.

 

M. Zukerberqin sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrinin səhifələri də ləğv olunub, çünki onlara da "trol fabriki” tərəfindən nəzarət olunurdu. Hətta bu cür səhifələrdən birinin 1 milyona yaxın izləyicisi olub. "Biz onları "Facebook”da görmək istəmirik”. O, yaxın həftələrdə istifadəçilərə bu cür səhifələri like edib-etmədiklərini yoxlamaq üçün texniki imkan təqdim edəcəklərini açıqlayıb.

 

Aprelin 3-də Rusiya Federal Xəbərlər Agentliyi (FAN) "Facebook” və "Instagram”dakı səhifələrinin bloklandığını bildirib. Bu qurum da "trol fabriki” ilə əlaqələndirilir. "Bu, siyasi senzura aktıdır. Biz heç bir qadağan olunan kontent dərc etməmişik”, - deyə FAN rəhbəri Yevgeni Zubarev söyləyib O, məsələ ilə əlaqədar "Roskomnadzor”a müraciət hazırladıqlarını nəzərə çatdırıb.

 

Qeyd edək ki, "Facebook” və "Google” 2016-cı ildə ABŞ-dakı prezident seçkiləri ərəfəsində ABŞ ictimai rəyinə təsir göstərmək məqsədilə rusiyalı istifadəçilər tərəfindən hazırlanaraq yayılmış minlərlə reklam xarakterli paylaşım aşkarladıqlarını bildiriblər. "Facebook”un hesablamalarına əsasən bu cür siyasi reklamları təxminən 10 milyon amerikalı görüb. /// ikt.lent.az

XƏBƏR LENTİ