'Facebook'da ən çox fanatı olan azərbaycanlı müğənni müəyyənləşdi - SORĞU
01:50 28.03.2013
5985
AZXEBER.COM portalı “Facebook”da ən çox fanatı olan azərbaycanlı müğənni müəyyənləşdirilib.Bunun üçün AZXEBER.COM-un 104 min nəfərlik rəsmi “Facebook” səhifəsində müsabiqə keçirilib. Müsabiqəyə həmçinin “Facebook”un ən böyük səhifələrinin istifadəçiləri də dəvət edilib. 10 ən məşhur azərbaycanlı müğənni arasında keçirilən yarışmada Röya Ayxan və Aygün Kazımova hamıdan çox səs toplayaraq finala vəsiqə qazanıb. Həlledici yarışda isə mindən çox fanatın dəstəyini qazanan Röya qalib gəlib. Beləliklə, Röya “Facebook”da ən çox fanatı olan azərbaycanlı müğənni olub.Onu da qeyd edək ki, toplamda Röyaya 20 min, Aygün Kazımovaya isə 17 mindən çox insan dəstək olub. Üçüncü yer isə gənc müğənni Üzeyir Mehdizadə olub. Sorğuda ümumilikdə 50 minə yaxın insan iştirak edib.