‘Facebook’da yenilik olacaq

MARAQLI
16:34 28.11.2013
1694

Facebook sosial şəbəkəsinə yoxlamaq məqsədilə yeni funksiya əlavə edilib.

Bu funksiya istifadəçilərə xəbər lentindəki məqalələri daha sonra yenidən oxumaq üçün saxlamaq imkanı yaradır. Bu barədə noyabrın 27-də “My Tech Skool” bloqunda məlumat yerləşdirilib. Belə ki, Facebook-un xəbər lenti materiallarının yanında bu və ya digər linki sonra yenidən oxumaq üçün yaddaşda saxlamağa imkan yaradan xüsusi düymə əlavə edilib. Hələ ki, bu düyməni yalnız Facebook-un mobil proqram əlavələrində görmək olar. Bu qeyd yazılan zaman Facebook-un saytında yeni funksiyanın əlavə edilməsi rəsmi olaraq təsdiqlənməyib. Sosial şəbəkənin təmsilçiləri bu barədə konkret şərh verməkdən imtina ediblər, ancaq bildirilib ki, “onlar mütəmadi olaraq yeni funksiyaları test edirlər”.

OXŞAR XƏBƏRLƏR