"Facebook"un yaradıcısı Mark Zuckerbergin tələbə yoldaşı olan Vinklevoss qardaşları, indi də internetin yeni fenomeni, elektron pul “Bitcoin” ilə diqqətləri öz üzərlərinə çəkiblər. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əkizlər bu dəfə isə Bitcoinin yaradıcısı olduqlarını bildirmirlər. Ancaq bütün sərvətin 1/100 hissəsini, yəni 108.000 ədəd “Bitcoini”əllərində saxlayırlar. Hal-hazırda Tyler və Cameron qardaşların 11 milyon dollar sərvəti olduğu məlumdur. Qeyd edək ki, ilk olara "Facebook"un əsl yaradıcısı kimi tanınan Vinklevoss qardaşları, Marc Zuckerbergi "Facebook" fikirini onlardan oğurladığını bildirərək məhkəməyə vermiş və nəticədə 65 milyon dollar təzminat almışdılar.