Keçmiş "Facebook" əməkdaşı Barbara Smayls dəbdəbəli həyat sürmək üçün şirkətin hesabından 4 milyon dollar oğurlayıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, 2017-ci ilin yanvarından 2021-ci ilin sentyabrına qədər Smayls "Meta" kimi tanınan "Facebook"da işçi resurs qrupları və qlobal müxtəliflik ilə bağlı məsələlər üzrə rəhbər vəzifələrində çalışıb.
Prokuror tərəfindən təqsirləndirilən şəxs "Facebook"da qlobal müxtəliflik meneceri kimi etibarlı vəzifəsindən sui-istifadə edərək şirkəti milyonlarla dollar aldadıb.
Qadın oğurladığı vəsaitlərini bir çox şəxsi xərcləri, o cümlədən saç stilistləri, uşaq baxıcıları və məktəbəqədər təhsil haqqını ödəmək üçün istifadə edib.
Bundan əlavə, bu ödənişləri alan dostları, qohumları və iş ortaqları aldıqları pulun bir hissəsini komisyon haqqı olaraq Smaylsa qaytardılar.
Müstəntiqlər Smaylsın bu cür ödənişlər üçün şişirdilmiş hesab-fakturalar yaratdığını və sözügedən satıcıların daha sonra ödənişin bir hissəsini ona qaytardıqlarını söyləyib.
Mikayıl