"Bu nə biabırçılıqdı?" Xalq artisti Faiq Ağayev həmkarı Brilliant Dadaşovanın səhifəsində yazdığı senzuradan kənar ifadələrə belə reaksiya verdi.AZXEBER.COM-un məlumatına görə, xalq artistləri Aygün Kazımova - Brilliant Dadaşova qalmaqalı fanatlar sayəsində daha da qızışır. Aygün fanatının Brilliant Dadaşovanın "Facebook" səhifəsinə girərək xoşagəlməz sözlər yazması Dadaşovanı özündən çıxarıb. Brilliant fanatın sözlərinə cavab olaraq təhqiramiz ifadələrlə zəngin status yazıb. Bu statusdan xəbər tutan Faiq Ağayev söyüşlərdən dəhşətə gəlib."Bu nə biabırçılıqdı? Bunu qadın, xalq artisti deyir! Dağıl, ey dünya!"- deyərək öz təəssüfünü bildirib.![](/)