Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO

Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
MAQAZİN
14:40 08.03.2026
475
Xalq artisti Faiq Ağayev repertuarının sevilən hitlərindən olan "Pəncərə”ni yeni versiyada dinləyicilərə təqdim edib.

AZXEBER.COM xəbər verir ki, mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə məxsusdur. Yeni versiyanın aranjımanı, miks və mastering işi də Givi Usenashvili tərəfindən həyata keçirilib. Gitara partiyaları isə İntizar Məmmədzadə tərəfindən ifa olunub.

Meqastar "Pəncərə”nin remake versiyasını 2025-ci ildə keçirilən DreamFest beynəlxalq musiqi festivalında ilk dəfə səsləndirib və həmin ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, "Pəncərə”nin orijinal ifası 2002-ci ildə təqdim olunub və qısa müddətdə dövrünün ən çox dinlənilən hitlərindən birinə çevrilib.
 

OXŞAR XƏBƏRLƏR