Faiq Ağayev qəzəbləndi: 'Mənim yerim əsas qonaqlar sırasında olmalıdır!'

MAQAZİN
13:58 07.12.2012
2295
Əməkdar artist, məşhur müğənni Cavanşir Məmmədov ANS telekanalında xoşagəlməz hadisə ilə üzləşib. Afət Telmanqızının təqdimatında yayımlanan “Açıq söhbət” verilişinə dəvət olunan müğənni çəkilmədən studiyanı tərk edib.Məsələ burasındadır ki, verilişin qaydalarına uyğun, çəkiliş meydançasında diqqət iki nəfərə yönəlir. Budəfəki əsas qonaqlar isə xalq artisti Faiq Ağayev və yazıçı Aysel Əlizadə oldu.“Şəxsi həyatın toxunulmazlığı” mövzusunda öz arqumetlərini irəli sürmək üçün əsas kürsüyə keçən hər iki tərəfin maraqlı söhbətləri oldu. Onların dinləmək və mövzu ətrafında fikir mübadiləsi aparmaq üçün müğənni Cavanşir Məmmədov da dəvətli idi.Ancaq ifaçı çəkilişə başqa “arzularla” gəlmişdi. Faiq Ağayevlə qarşı-qarşıya dayanmaq üçün studiyaya təşrif buyuran müğənni əyləşəcəyi oturacağı tamaşaçıların sırasında görüncə qəzəbləndi.Verilişin prodüserinə etirazını bildirən müğənni bu sözləri dedi: “Mənim yerim əsas qonaqlar sırasında olmalıdır! Studiyanın mərkəzində quraşdırılan iki nəfərlik masa arxasında mən də dayanmalıyam. Mən haqqımı tələb edirəm. Ya mən əsas yerdə dayanıram, ya da çıxıb gedirəm”.Sonda verilişin prodüseri ilə razılığa gələn müğənni normal şəkildə sağollaşıb, çəkilmədən studiyanı tərk etdi.

OXŞAR XƏBƏRLƏR