Faiq Ağayev toydan qovulmasından danışdı - FOTOLAR

MAQAZİN
11:43 08.06.2013
5468

Xalq artistinin məmur oğlunun toyundan qovulduğu bildirilirdi.

Xalq artisti Faiq Ağayev barəsində yayılan xəbərlərə münasibət bildirib. Bəzi saytlarda məlumat yayılmışdı ki, dünən Faiq Ağayev məmur oğlunun toyundan qovulub. Toy mərasiminin “JW Marriott Absheron” otelində keçirildiyi bildirilirdi. Məlumata görə, Faiq Ağayevi mərasimin keçirildiyi zaldan zorla çıxararaq maşınına qədər müşayiət ediblər. Xalq artisti isə qəzəbli şəkildə öz maşınına minərək, oteli tərk edib. ANS PRESS xəbər verir ki, Faiq Ağayevin Facebook səhifəsində yazdığına görə, o, Bakıda deyil və artıq 9 gündür ki, Rusiya Federasiyasındadır: “Bakıdan mayın 30-da getmişəm. Krasnoyarskda mayın 31-i-iyunun 2-si olmuşam. Hazırda Moskvadayam ve Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Qonaq evində qalıram. Bakıya iyunun 10-da 853-cü reyslə yola düşəcəm.

OXŞAR XƏBƏRLƏR