Azərbaycanın xalq artisti Faiq Ağayev Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirib.
AZXEBER.COM xəbər verir ki, ifaçı Ordumuza hədiyyə və məktib göndərib.
Faiq Ağayev məktubda əsgərlərimizə arzularını dilə gətirib.
Məktubda qeyd olunub: Əziz, sevimli, igid qardaşlarım!
Bu günlərdə dünyanın 4 bir yanında yaşayan bütün Azərbaycanlıların duaları sizinlədir!
Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!
Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!
Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!
Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!
İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!
Həmin fotoları təqdim edirik: