18:06 Bazar Ertəsi, 22 Oktyabr 2018
İDMAN

Farer adaları - Azərbaycan matçının hakimi dəyişdirilib

20:15, 08.10.20185984
Farer adaları - Azərbaycan matçının hakimi dəyişdirilib
UEFA Millətlər Liqasının III turunda Farer adaları və Azərbaycan yığmaları arasında keçiriləcək matçın hakimlərindən biri dəyişdirilib.

AZXEBER.COM bildirir ki, Report-un UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, əlavə köməkçi-hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib.

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan yığması səfərə oktyabrın 9-da çıxacaq. 
XƏBƏR LENTİ