Uzun müddətdir yaradıcılıq fəaliyyətində səssizliyi ilə diqqət çəkən müğənni-bəstəkar Ramal İsrafilov nəhayət ki, pərəstişkarlarını sevindirəcək addım atıb. O, yeni layihəsi ilə yenidən gündəmə gəlib və musiqisevərlərin qarşısına həm mahnı, həm də klip təqdim edib.
AZXEBER.COM xəbər verir ki, sənətçinin təqdim etdiyi "Bir dəfə yaşayırıq” adlı yeni mahnının sözləri və musiqisi Ramalın özünə məxsusdur.
Layihənin diqqət çəkən tərəflərindən biri isə sənətçinin klipdə məşhur rəqqasə Fatimə Fətəliyeva ilə tərəf müqabili olmasıdır.
Onların bir araya gəlməsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Ramal İsrafilovun bu geri dönüşü sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, Ramal tezliklə Xalq artisti Nazpəri Dostəliyeva ilə də yeni duetə imza atacaq.
Aysel











































