Fəal qadınlar Qubada bir araya gəldi - FOTOLAR

Fəal qadınlar Qubada bir araya gəldi - FOTOLAR
Bütün Xəbərlər
14:10 02.09.2013
2222
Qarşıdan gələn prezident seçkilərində qadınların fəal iştirak etməsinə çağıran “Qadınlar və seçkilər” koalisiyası ilk tədbirini sentyabrın 1-də Quba rayonunda keçirib. 
Qurumdan AZXEBER.COM-a verilən xəbərə görə, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan koalisiyaya 5 qadın təşkilatı daxildir. “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.Quba Sosial İqtisadi Kollecinin akt zalında 250 qubalı qadının iştirakı ilə keçirilən tədbirdə Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyeva və mərkəzin ekspertləri, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Quba Regional Qeyri Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov, müğənni, əməkdar artist Aybəniz Haşımova, çıxış edərək qadınları fəal vətəndaş mövqeyi nümayiş etdirərək 9 Oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırıblar.Konfransda qeyd edilib ki, mütərəqqi haldır ki, Şərq ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququ verilib. Halbuki Avropa ölkələrində Böyük Britaniyada 1928, ABŞ-da 1919, Türkiyədə isə 1934-cü ildə qadınlara seçki hüququ verilib. Azərbaycan müstəqillik əldə edəndən sonra qadınlar demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edərək azad şəkildə öz iradələrini ifadə ediblər. Qadın Konsensus Mərkəzinin rəhbəri qadınların seçkinin nəticələrinə ciddi şəkikldə təsir etməyə imkanlarının olduğunu vurğulayaraq ABŞ prezident seçkilərini xatırlatdı. Onun sözlərinə görə, prezident Barak Obama həm ilk, həm də təkrar seçkilərdə seçicilərin gender tərkibinə görə daha çox qadınların səsini topladı. Belə ki, 2008-ci ildə ona səs verənlərin 56%, 2012-ci ildə isə 55% qadın idi.Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəxşəndə Bayramova isə qeyd edib ki, Quba qadınları həmişə iştimai-sosial həyatda fəal iştirak ediblər, onlar həm ailədə gözəl valideyn, həyat yoldaşı, iş həyatında isə uğurlu peşəkar olublar.Müğənni Aybəniz Haşımova isə çıxışını qadınların ailədə və peşədə “uğur düsturu” üzərində qurub. Konfransın sonunda qubalı qadınların suallarına cavab verildi, onların fikirləri dinlənilib və qadın hüququ, müasir cəmiyyətdə qadınların rolu, məişət, siyasət, cəmiyyətdəki yeri müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR