"Fənərbağça"nın futbolçusu Avropanın ən bahalı transferləri siyahısında

İDMAN
11:51 04.02.2012
1518

Türkiyənin “Fənərbağça” klubunun Fransa “Lill”indən aldığı seneqallı futbolçuMussa Souqış transfer dövründə Avropanın ən bahalı transferləri siyahısına düşüb. Qol.Az-ın məlumatına görə, Sounun keçidi “sarı-lacivərdlilər”ə 10 milyon avroya başa gəlib. Eyni məbləğdə vəsaiti Fransa PSJ-siTiaqo Mottanı almaq üçün İtaliya “İnter”inə ödəyib. Hər iki oyunçu ən bahalı transferlər siyahısında 4-cü pilləni bölüşüb. Rusiyanın “Dinamo” (Moskva) klubunun “Anji”dən 19 milyon avroya aldığıBalaş Cucakən bahalı transfer sayılıb. 26 yaşlı macarıstanlı cinah yarımmüdafiəçisi ötən il Hollandiya PSV-sindən “Anji”yə 14,5 milyon avroya keçmişdi. Almaniya “Frayburq”undan 11,7 milyon avroya İngiltərə “Nyukasl”ına yollananPapiss Sissesiyahıda ikinci yeri tutub. Üçüncü yeri çilili hücumçuEduardo Varqastutub. Cənubi Amerika futbolunun son zamanlar yetişdirdiyi ən önəmli oyunçulardan sayılan 23 yaşlı Varqas “Universidad de Çili”dən İtaliya “İnter”inə 11,5 milyon avroya üz tutub. Rusiyanın “Lokomotiv” (Moskva) komandasının İngiltərə “Tottenhem”indən 9 milyon avroya aldığı hücumçuRoman Pavlyuçenko5-ci, növbəti iki pillədə “Çelsi”nin “Bolton”dan 8,5 milyon avroya aldığıQari Keyhillvə Belçika “Genk”indən 8 milyon avroya transfer etdiyi Kevin de Bruyne qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR