“Fənərbaxça”nın sol cinah oyuncusu Reto Zieglerə elçi düşənlərin sayı artıb.
AZXEBER.COM-un məlumatına görə, mövsümün əvvəlində Yuventusdan icarəyə götürülən Ziegler, Fransanın PSG komandasının diqqətini cəlb edib .”Fənərbaxça”dan Diyeqo Luganonu da heyətinə qatan PSG rəhbərliyi İsveçrəli futbolçu üçün ilin sonunda Yuventusla görüşəcəklərini bildirib.
Qeyd edək ki, baş məşqçi Aykut Kocamanın verəcəyi qərar əsasında sarı-lacivərtlilərin italyan komandası ilə təmasa keçəcəyi bildirilib.