Fərəh Şəkinskaya dünyasını dəyişdi

MƏDƏNİYYƏT
15:28 20.04.2016
2861

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

AZXEBER.COM xəbər verir ki, əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya bu gün 80 yaşında vəfat edib.

Qeyd edək ki, Fərəh Şəkinskaya 1936-cı il aprelin 28-də Bakı şəhərində anadan olub. 1993-2012-ci illərdə Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib. O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR