FES rəhbəri danışdı: Dollar dünya bazarını "silkələdi"

FES rəhbəri danışdı: Dollar dünya bazarını "silkələdi"
SOSİAL
18:22 19.01.2017
1049

Amerika Federal Ehtiyatlar Sisteminin rəhbəri  Janet Yellenin faiz dərəcələrini daha tez-tez artırmağın vacibliyi barədə çıxışı bazarı silkələyib.

Bir sıra ölkələrdə bu çıxışdan sonra dollar sürətlə bahalaşmağa başlayıb. Türkiyədə dollar 3.80, avro isə 4.05 lirəyə satılıb. 

Janet Yellen son çıxışında faiz dərəcələrinin 2 il ərzində bir neçə dəfə artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu, həyata keçirilməyəcəyi təqdirdə inflyasiya artar və maliyyə bazarında çaxnaşma yaranar. 

Maraqlıdır ki, Amerikanın yeni prezidenti Donald Tramp "güclü dolların ölkənin ziyanına işlədiyi” fikrindədir.(cebhe.info)


OXŞAR XƏBƏRLƏR