03:22 Bazar Günü, 22 Aprel 2018
SOSİAL

Fəxrəddin Manafovun səhhəti ilə bağlı yayılan xəbərlər həqiqətdir? - AÇIQLAMA

14:10, 16.04.20184413
Fəxrəddin Manafovun səhhəti ilə bağlı yayılan xəbərlər həqiqətdir? - AÇIQLAMA

Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi və səhhətində ciddi problemlərin olması ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb. 

AZXEBER.COM sözügedən iddia ilə bağlı F.Manafovun ailə üzvləri ilə əlaqə saxlayıb. Onların sözlərinə görə, F.Manafov haqqında sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir. Belə ki, xalq artisti hazırda Bakıdadır və səhhəti normaldır. Onun bel yırtığından əziyyət çəkdiyi və Almaniyaya da bununla bağlı müayinə olmaq üçün getdiyi bildirilib:

"Yazıldığı kimi bir problemi yoxdur. Almaniyaya sadə müayinə üçün getdi. Fəxrəddin müəllim bel yırtığından əziyyət çəkir və bu da sadə bir əməliyyatdır. Hazırda isə isə Bakıdadır" 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, F.Manafovun vəziyyəti Almaniyada ağırlaşıb və ona həkimlər tərəfindən təəcili müdaxilə edilib. 


0
XƏBƏR LENTİ