Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəmcama görə fəxri adlar alan sənətçilər Dövlət başçısı, Cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Onları sizə təqdim edirik:
Xalq artisti Könül Xasıyeva:“Cənab Prezidentimiz İlham Əliyevə nə qədər təşəkkür etsəm, azdır. Çünki mənə gözlənilməz xoş sevinci yaşatdı. Hər zaman dövlətimizin başında dursun. Allah Cənab Prezidentimiz İlham Əliyevə və ailəsinə uzun ömür versin”.
Xalq artisti Rəmiş:“Çox sağ olsun Prezidentim məni bu ada layiq gördü. Məni xalqım bu səviyyəyə çatdırdı. Cənab İlham Əliyev isə bunu qiymətləndirdi. 70 yaşım var. Əməkdar artist adını özümə yaraşdırmırdım. “Xalq artisti” adına layiq görüldüyüm üçün Dövlət başçımız, Prezident İlham Əliyevə öz təşəkkürlərimi bildirirəm”.
Xalq artisti Gülyaz və Gülyanaq Məmmədova bacıları:"Xalq artisti” adına layiq görüldüyümüz üçün bacım və mən Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Allah ona can sağlığı versin. Bizim üçün böyük surprizdir. Bu xəbəri eşidəndə Şəki televiziyasında idik. Hər kəs məni və Gülyanaq Məmmədovanı təbrik edirdi. Onu da deyim ki, məsuliyyətimiz daha da artdı. Bundan sonra da can-başla xalqımıza xidmət edib, yeni nəğmələr təqdim edəcəyik”.
“Bu şəhərdə” qrupunun prodüseri Müşfiq Abbasov:“Rafael İsgəndərov və Coşqun Rəhimov “Əməkdar artist” adı aldıqlarını heç vaxt ağıllarına gətirə bilməzdilər. Bu, çox gözlənilməz oldu və bizə stimul verdi. Bu sevinci bizə yaşatdığına görə Dövlət başçısı, Cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərimizi bildirirk. Allah ona və ailəsinə can sağlığı versin. Biz xalq olaraq hər zaman Prezidentimizin yanındayıq”.
Əməkdar artist Murad Dadaşov:"İmzalanan sərəncama görə ölkəmizin başçısı, möhtərəm, cənab prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ada məni layiq gördüyünə görə, əziz prezidentimizə çox minnətdaram".
//sia.az