AZXEBER.COM xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun yaxınları məlumat veriblər.
Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.
F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Məlumata görə, mərhumun nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilir.










































