"Fiat" ailəsində yeni qalmaqal: Milyonlarla dollarlıq sərvət müsadirə edildi

DÜNYA
12:45 23.09.2024
125
Dünyanın aparıcı avtomobil nəhənglərindən olan "Fiat"ın sahibi Agnelli ailəsi yeni qalmaqalla sarsılıb. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə ailənin varislərinin təxminən 75 milyon avro sərvətinin müsadirə edilməsinə qərar verib.
 
Qərar "Ferrari" və "Yuventus" futbol klubunun da sahibi olan avtomobil imperiyasının varisləri Con Elkann və onun bacıları Lapo, Ginevra Elkannın hesablarına, eləcə də səhmlərinə aiddir.

Elkann qardaşlarının nəzarətində olan "Dicembre" şirkətinin dəyərinin 35 milyard avronu keçdiyi təxmin edilsə də, ailənin reputasiyasına yeni zərbə olub.
 
Məşhur ailədə miras davası 2003-cü ildə Fiat-ın qurucusu Canni Aqnellinin ölümü ilə başlayıb.
 
2004-cü ildə Margherita'nın anası Marella Caracciolo Dicembre ailə biznesinə nəzarəti üç nəvəsinə təhvil verib, lakin 2019-cu ildə ölümü miras mübarizəsinin şiddətlənməsinə səbəb olub.
 
Margherita Agnelli məhkəməyə müraciət edərək anasının Alzheimer xəstəliyinə tutulduğunu və qərarının İtaliya qanunlarına zidd olduğunu bildirib.

Məhkəmənin qərarıyla ailənin bəzi kompüterlərini ələ keçirən və məlumatları araşdıran polis ailə üzvlərinin milyonlarla avro dəyərində vergi ödəmədiyini müəyyən edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR