Gələn ay Polşa və Ukraynada keçiriləcək Avro-2012-nin final mərhələsinin aparıcı futbol ölkələri tərəfindən boykot edilmə ehtimalı FİFA-nı da biganə qoymayıb. AZXEBER.COM-un məlumatına görə, Almaniya və Hollandiyanın boykot hədələri ali futbol qurumunun prezidenti Yozef Blatteri də hərəkətə gətirib. İsveçrəli futbol funksioneri məsələyə münasibət bildirərək, bu addımı düzgün qiymətləndirməyib: “Siyasətçilər idman dəyərlərini unutmamalıdırlar.