Filippin: Çinin 251 gəmisi bir həftə ərzində iqtisadi zonamızı pozdu

DÜNYA
12:20 25.09.2024
144
251 Çin gəmisi Filippinin iqtisadi zonasını pozub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar Qərbi Filippin dənizində fəaliyyət göstərən Çin gəmilərinin sayı rekord həddə çatıb.

Filippin Hərbi Dəniz Qüvvələri sentyabrın 17-dən 23-dək Çin Hərbi Dəniz Qüvvələrinə məxsus 251 gəminin, o cümlədən döyüş gəmiləri, qayıqlar, kiçik gəmilər və üç tədqiqat gəmisinin Filippinin müstəsna iqtisadi zonasını pozduğunu açıqlayıb.

Filippin Hərbi Dəniz Qüvvələri təkcə son bir həftə ərzində ölkənin müstəsna iqtisadi zonasında 16 Çin döyüş gəmisinin göründüyünü açıqlayıb.

Hərbi Dəniz Qüvvələrinin sözçüsü kontr-admiral Roy Vincent Trinidad mətbuata açıqlamasında Çin gəmilərinin bölgədə olmasının "qanunsuz" olduğunu bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR