Film kimi hadisə: Məhkum həbsxanadan belə qaçdı

Film kimi hadisə: Məhkum həbsxanadan belə qaçdı
DÜNYA
12:18 07.09.2023
792
ABŞ-ın Pensilvaniya ştatında həbsxanadan qaçan 34 yaşlı Braziliya əsilli məhkum polislərdən qaçsa da, yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.

AZXEBER.COM ABC News-ə istinadən xəbər verir ki, axtarış zonasını genişləndirən Pensilvaniya polisi sevgilisini öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmiş məhkumun hələ də Çester həbsxanasından təxminən səkkiz mil cənub-qərbdə yerləşən Lonqvud nəbatat bağında gizləndiyindən şübhələnir.

Pensilvaniya ştatının polis rəsmisi Corc Bevins bununla bağlı jurnalistlərə açıqlama verib.
 
Qaçan məhbusun son fotolarını mətbuatla paylaşan Bevins onun başlıqlı köynək, bel çantası və idman çantası olduğunu bildirib.

Polisin qaçan şəxsin tutulması üçün keçirdiyi əməliyyatla əlaqədar bölgədəki bəzi məktəblərdə tədris dayandırılıb.
 
ABŞ Hüquq Mühafizə Xidməti və yerli rəsmilər Kavalkantenin tutulmasına töhfə verəcək məlumat verən hər kəsə 10 min dollar mükafat təklif ediblər.

Qeyd edək ki, Kavalkante 2021-ci ilin aprelində keçmiş sevgilisini qətlə yetirdiyinə görə saxlanılıb.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR